Çırağan sarayında sakitlik hökm sürür: Rusiya-Ukrayna görüşü baş tutacaq?

Çırağan sarayında sakitlik hökm sürür: Rusiya-Ukrayna görüşü baş tutacaq?
23.07.2025 09:30 Dünya

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqların üçüncü raundu bu gün axşam saatlarında İstanbulun Çırağan sarayında baş tuta bilər.

TodayPress TV xəbər verir ki, bu barədə türkiyəli mənbələr məlumat yayıb.

Hazırda saray ətrafında vəziyyət sakitdir və təhlükəsizlik tədbirlərinin gücləndirildiyinə dair əlamət yoxdur.

Danışıqların keçiriləcəyi ehtimal olunan ərazidə hələlik media nümayəndələri də müşahidə olunmur.

Xatırladaq ki, daha əvvəlki birbaşa danışıqlar raundu da Boğaz kənarında yerləşən Çırağan sarayında keçirilmişdi.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər