Çin neft qarşılığında İranda infrastruktur obyektləri tikir

Dünya

06.10.2025 10:49

Çin İrandan neft alıb, əvəzində İranda infrastruktur layihələri həyata keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, bu əməliyyatlarda Çinin “Sinosure” sığorta şirkəti və “Chuxin” maliyyə qurumu iştirak edir. Ödənişlər beynəlxalq bank sistemindən kənar aparılır və bu pulların bir hissəsi infrastruktur tikintisinə yönəldilir. Təkcə keçən il Çinin İran neftinə görə ödədiyi 8,4 milyard dollar bu cür layihələrə sərf olunub.

Çin əvvəllər də İranda infrastruktur qurmağı öhdəsinə götürmüşdü. Ümumilikdə bu rəqəm 25 milyard dollara çatır. 2021-ci ildən isə bu işlər daha da sürətlənib.

Bundan başqa, İran neftdən əldə etdiyi gəlirlərlə birbaşa Çin istehsalı olan mallar da alır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Çin,İran,İnfrastruktur,Neft,Todaypress.tv,