Çin Aİ-nin sanksiyalarına qarşı tədbir görəcək

Dünya

23.10.2025 17:56

Çin Aİ-nin anti-Rusiya sanksiyalarına cavab tədbirləri açıqlayıb.

TodayPress TV bu barədə "TASS"a istinadən xəbər verir.

Məlumata görə, Çin Ticarət Nazirliyi Avropa İttifaqının 19-cu anti-Rusiya sanksiyalarına qarşı tədbirlər görəcəyini açıqlayıb.

Nazirlik bildirib ki, Aİ-nin hərəkətləri Çinin maraqlarına ziyan vurur, Çin-Aİ ticarət-iqtisadi əlaqələrinə ciddi təsir göstərir və qlobal enerji təhlükəsizliyini təhdid edir.

Bəyanatda vurğulanır: “Çin lazımi tədbirləri görəcək və enerji təhlükəsizliyini, iqtisadi inkişafını qətiyyətlə müdafiə edəcək”.

Departament həmçinin bildirib ki, Çin beynəlxalq hüquqda əsası olmayan, BMT tərəfindən təsdiqlənməyən birtərəfli sanksiyalara qarşıdır və Aİ-dən Çin şirkətlərini sanksiya siyahısından çıxarmağı və növbəti “səhv addımlardan” çəkinməyi tələb edir.

Qeyd edək ki, 23 oktyabrda Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib. Məhdudiyyətlər üçüncü ölkələrin, xüsusən Çin və Hindistanın, Rusiya ilə enerji ticarətində iştirak edən şirkətlərini hədəf alır. Çin bundan əvvəl də ABŞ sanksiyalarına qarşı çıxıb.

Jalə Rövşən 

TodayPress TV

tag: Çin ,Aİ,Sanksiyalar, Çin Ticarət Nazirliyi ,Todaypress.tv,