Çin ABŞ-yə satdığı təyyarələrin qiymətini 4,5 dəfə artırdı
Dünya
26.05.2025 12:19
Çin ABŞ-yə ixrac etdiyi təyyarələrin qiymətini kəskin şəkildə artırıb. 2025-ci ildə bu göstərici ötən illə müqayisədə 4,6 dəfə bahalaşıb.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı “RİA” Çin Dövlət Statistika İdarəsinə istinadla yayıb.
Məlumata görə, ABŞ bu il Çindən ümumi çəkisi 15–45 ton arası olan dörd ədəd təyyarə alıb və bu alış-verişə 477,2 milyon dollar ödəyib. Beləliklə, bir təyyarənin orta qiyməti 119,3 milyon dollar təşkil edib. Halbuki ötən il ABŞ Çinlə 234,1 milyon dollarlıq müqavilə çərçivəsində 9 təyyarə almışdı, o zaman orta qiymət cəmi 26 milyon dollar idi.
Bu, bir il ərzində qiymətlərin 359 faiz – yəni 4,6 dəfə artması deməkdir. Ən bahalı təyyarələrin qiymətində isə 152,5 faiz artım qeydə alınıb.
Müqayisə üçün qeyd olunuB ki, 2025-ci ilin aprel ayında Çin Böyük Britaniyaya 58,3 milyon dollara, Sinqapura isə cəmi 18 milyon dollara oxşar çəki kateqoriyasında təyyarə satıb.
Qiymət Mahir
tag: Çin ,ABŞ,Təyyarə,Britaniya,todaypress.tv,