Cənubi Koreyadakı təyyarə qəzasında bütün heyət həlak olub - Yeniləndi2

Dünya

29.05.2025 13:50

Pohangda qəzaya uğrayan Koreya Respublikasının patrul təyyarəsinin bütün heyəti həlak olub.

TodayPress TV xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Bildirilib ki, hələ ki, dörd cəsəd tapılıb.

Cəsədlər şəxsiyyətinin müəyyən edilməsi üçün Pohanqdakı hərbi dəniz xəstəxanasına aparılacaq.

Töhfə Səməd


***


11:25


Cənubi Koreya donanmasının "P-3 Orion" patrul təyyarəsində olan ən azı 3 nəfər həlak olub.

TodayPress TV xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Koreya Respublikasının Hərbi Dəniz Qüvvələri qəzanın səbəbini müəyyənləşdirir.

*** 09:16 Cənubi Koreyanın cənub-şərqində yerləşən Phohan şəhərində hərbi təyyarə qəzaya uğrayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Yonhap" məlumat verib.

Hadisə yerli vaxtla 13:52 radələrində baş verib. Qəza zamanı təyyarənin göyərtəsində 4 nəfər olduğu bildirilir.

Məlumata görə, bu, Koreya Respublikası Hərbi Dəniz Qüvvələrinin patrul təyyarəsi olub. Agentlik qeyd edib ki, o, təpədə qəzaya uğrayıb.

Qiymət Mahir

tag: Cənubi Koreya,Təyyarə,Qəza,Dünya,todaypress.tv,