Cənubi Koreyada it fermaları azaldı
Dünya
14.08.2025 15:30
Cənubi Koreyada it əti üçün heyvan yetişdirilməsinə tam qadağa qoyulması ilə bağlı qanunun qüvvəyə minməsindən bir il sonra bu sahədə böyük azalma baş verib.
TodayPress TV xəbər verir ki, Ərzaq, Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin məlumatına görə, 1500-ə yaxın damazlıq təsərrüfatdan 1072-si artıq bağlanıb.
Bu, təsərrüfatların 74%-nin fəaliyyətini dayandırması deməkdir. Nəticə hökumətin gözləntilərindən də yüksək olub. Bağlanan təsərrüfatlarda təxminən 350 min it saxlanılırdı.
Xatırladaq ki, 2024-cü ildə qəbul edilən qanuna əsasən, 2027-ci ildən etibarən Koreyada itlərin ət məqsədilə yetişdirilməsi və yeyilməsi tam qadağan olunacaq.
Ölkədə uzun illər ərzində mövcud olan it əti yemək mədəniyyəti son dövrlərdə ev heyvanlarına marağın artması və ictimai fikrin dəyişməsi ilə tədricən azalıb.
Türkan İsgəndərli
tag: Cənubi Koreya,İt,Qanun,Heyvan,Todaypress.tv,