Matviyenko: "Rusiya ilə Avropa arasında münasibətlər yaxın gələcəkdə bərpa oluna bilər"

Dünya

28.06.2025 19:15

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko hesab edir ki, Rusiya ilə Avropa arasında münasibətlər tarixi bağlar və qarşılıqlı maraqlar nəzərə alınmaqla yaxın gələcəkdə bərpa oluna bilər.

TodayPress TV xəbər verir ki, o, bu fikirləri Sankt-Peterburqdakı Tavriya Sarayında keçirilən “Xatirə qatarı” adlı mədəni-təhsil layihəsinin iştirakçıları ilə görüşdə səsləndirib.

“Avropa ilə əlaqələri biz yox, məhz Avropa özü rusofobiya sərsəmliyi içində pozdu. Mən tam əminəm ki, Rusiya, Avropa və digər ölkələr arasında münasibətlər bərpa olunacaq. Biz qonşuyuq, bir qitədə yaşayırıq və bir-birimizdən qaça bilmərik”, - deyə Matviyenko bildirib.

Onun sözlərinə görə, münasibətlərin normallaşmasında ilk addımı qarşıdurmaya başlayan tərəf atmalıdır.

“Başlayan biz deyilik, təşəbbüs göstərən də biz olmayacağıq. Ümid edirəm ki, Avropa tezliklə ayılacaq, baş verənləri anlayacaq. Bizə zərər vurmaq istədilər, amma əslində özlərinə ziyan verdilər”, - deyə o əlavə edib.

Töhfə Səməd

tag: Rusiya ,Valentina Matviyenko ,Avropa,Todaypress.tv,