Cənubi Koreya ABŞ-dən helikopter almaqdan imtina etdi
Dünya
11.07.2025 10:14
Cənubi Koreya müasir müharibə tələblərinin dəyişməsi səbəbilə ABŞ-nin təklif etdiyi əlavə "Boeing AH-64E Apache Guardian" döyüş helikopterlərinin alınmasını ləğv etməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə "Defence News" məlumat yayıb.
Koreya Respublikası Milli Assambleyasının Müdafiə Komitəsi qərarın arxasında Rusiya-Ukrayna müharibəsinin təcrübəsindən çıxarılan nəticələrin dayandığını bildirib. Komitənin fikrincə, döyüş şəraitində pilotsuz uçuş aparatları (PUA) daha effektiv olduğu üçün, vəsaitin bu sahəyə yönəldilməsi daha məqsədəuyğundur.
Xatırladaq ki, 2023-cü ilin avqustunda ABŞ Cənubi Koreyaya 3,5 milyard dollar dəyərində "36 Apache" helikopterinin satışını təsdiqləyib. Lakin 2025-ci ilin iyulunda Seul bu təklifi rədd edib.
Qeyd olunur ki, Cənubi Koreya ilk dəfə bu tip helikopterləri 2016–2017-ci illərdə alıb və onları əsasən Şimali Koreyanın sürətli qayıqları və zirehli texnikasına qarşı istifadə etməyi planlaşdırırdı.
Türkan İsgəndərli
tag: Cənubi Koreya,Boeing,ABŞ,Rusiya,Todaypress.tv,