Buşkovun adını daşıyan mükafatın təsis edilməsi təklif olundu
Dünya
04.10.2025 12:25
Buşkovun vida mərasimində yazıçının adını daşıyan mükafatın təsis edilməsi təklif olunub.
TodayPress TV xəbər verir ki, bu barədə “TASS” xəbər verib.
Belə ki, Krasnoyarskda rus yazıçısı Aleksandr Buşkovla vida mərasimi keçirilib.
Onlarla şəhər sakini yazıçı ilə vidalaşmaq üçün Bədəlik qəbiristanlığında yazıçının məzarı üstünə gəlib.
Yazıçının dəfn mərasimində Krasnoyarsk diyarının mədəniyyət naziri Arkadi Zinov iştirak edib.
O, yazıçının yaradıcılığını rus mədəniyyətinin bir hissəsi adlandırıb.
“Yenisey” almanaxının baş redaktoru isə Nikolay Yurlov Buşkovun adına ədəbi mükafat təsis etməyi təklif edib.
“Belə bir mükafat həm yazıçılarımızın yaradıcılığını stimullaşdıracaq, həm də Aleksandr Aleksandroviçin xatirəsini yaşadacaq”, - deyə o bildirib.
Qeyd edək ki, Aleksandr Buşkov sentyabrın 29-da ürək tutmasından dünyasını dəyişib.
O, "Piranya", "Dəli" və "Svaroq" roman silsiləsi sayəsində populyarlıq qazanıb.
Orxan Saffari
tag: Aleksandr Buşkov,Mükafat,Təsis,Təklif,Todaypress.tv,
