ABŞ-nin vitse-prezidenti İsrailə gələcək

Dünya

21.10.2025 13:42

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin oktyabrın 21-də İsrailə səfəri gözlənilir.

TodayPress TV xəbər verir ki, bu barədə "The New York Times"(NTY) yazıb.

Qəzet vurğulayıb ki, siyasətçinin ölkəyə səfərinin əsas məqsədi Fələstinin HƏMAS hərəkatı ilə Qəzza zolağında “çətinliklə əldə edilmiş” atəşkəs razılaşmasını xilas etməkdir.

Nəşrin məlumatına görə, Vens oktyabrın 23-nə kimi ölkədə qalacaq və artıq İsraildə olan ABŞ prezidentinin sülhməramlı missiyalar üzrə elçisi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşnerə ona qoşulacaq.

NYT-nin məlumatına görə, Donald Tramp administrasiyası müharibədən sonrakı Qəzza planını həyata keçirmək üçün atəşkəs razılaşmasını qoruyub saxlamaq vacibdir. 20 bənddən ibarət plan, anklavda müvəqqəti xarici idarəetmənin tətbiqini, beynəlxalq qüvvələrin yerləşdirilməsini və HƏMAS-ın tərksilah edilməsini nəzərdə tutur.

Nicat Osman

tag: Donald Tramp,Vens,İsrail,HƏMAS,ABŞ,Todaypress.tv,