Bundesver 2029-cu ilə qədər hərbi münaqişəyə hazır olacaq

Dünya

26.05.2025 09:49

Almaniya Silahlı Qüvvələrinin baş inspektoru Karsten Broyer Bundesverin 2029-cu ilə qədər hərbi münaqişəyə tam hazır vəziyyətə gətirilməsi barədə göstəriş verib.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” Broyerin imzaladığı sənədlərə istinadla məlumat yayıb.

Broyer silahlanma sahəsində prioritetlərin müəyyən edildiyini bildirib. Onun sözlərinə görə, Almaniyanın hava hücumundan müdafiə sistemlərinin, xüsusilə pilotsuz uçuş aparatlarının qarşısını alma qabiliyyətinin gücləndirilməsi əsas hədəflərdən biridir.

Sənəddə yer alan digər vacib istiqamət isə 500 kilometrdən uzaqda yerləşən hədəfləri dəqiqliklə vurmaq imkanının yaradılmasıdır.

“2029-cu ildən etibarən, ən gec halda, Rusiya qüvvələri NATO ərazisinə qarşı genişmiqyaslı adi təcavüzə hazır ola biləcək. Amma onlar bizi daha əvvəl də sınamağa cəhd göstərə bilər” deyə Broyer xəbərdarlıq edib.

Qiymət Mahir

tag: Almaniya ,Rusiya,NATO,Bundesver,todaypress.tv,