Britaniyada sabiq lider yeni siyasi partiya yaradır

Britaniyada sabiq lider yeni siyasi partiya yaradır
24.07.2025 19:15 Dünya

Böyük Britaniyada Leyboristlər Partiyasının keçmiş lideri Ceremi Korbin yeni siyasi partiya təsis edir.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, yeni qurumun adı “Sizin Partiyanız” (Your Party) olacaq.

Korbin bu təşəbbüsü Leyboristlər Partiyasının digər sabiq üzvü, hazırda müstəqil millət vəkili olan Zarah Sultana ilə birgə həyata keçirir. Hər iki siyasətçi hazırda parlamentdə bitərəf deputat statusundadır.

“Yeni tipli bir siyasi partiyanın zamanıdır. Elə bir partiya ki, cəmiyyətlərimizə, həmkarlar ittifaqlarına və ictimai hərəkatlara əsaslansın”, – deyə Korbin və Sultana birgə yaydıqları bəyanatda bildiriblər.

Yeni siyasi təşəbbüsün sosial və iqtisadi ədalət, həmçinin ictimai dəstəyə əsaslanan platforma üzərində formalaşacağı gözlənilir.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər