Britaniya şirkəti "arzuolunmaz" elan edildi
Dünya
05.08.2025 15:11
Rusiya Federasiyasının Baş Prokurorluğu, 2023-cü ildə Böyük Britaniyada təsis edilmiş qeyri-hökumət təşkilatı olan “Zimin Foundation” fondunun ölkə ərazisindəki fəaliyyətini arzuolunmaz elan edib.
TodayPress TV xəbər verir ki, bu barədə qurumun yaydığı rəsmi məlumatda bildirilib.
Prokurorluğun açıqlamasında vurğulanıb ki, fond elan etdiyi elm və təhsilin dəstəklənməsi məqsədləri ilə yanaşı, ekstremist fəaliyyət və terrorizmlə əlaqəsi olan şəxslərə və təşkilatlara, həmçinin xarici agentlərə maliyyə və informasiya dəstəyi göstərir.
Bundan əlavə, Baş Prokurorluğun məlumatına əsasən, 2025-ci ilin fevral ayında fond “Amerika maliyyələşməsindən məhrum olmuş rusdilli layihələrin dəstəklənməsi proqramı”na start verib. Fevral-mart ayları ərzində fond Rusiya əleyhinə mövqedə olan jurnalist və alimlərin layihələrinə 30-dan çox qrant ayırıb.
Töhfə Səməd
tag: Rusiya,Britaniya,Şirkət,Arzuolunmaz,Todaypress.tv,