Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Dünya
19.09.2025 16:56
Böyük Britaniya Rusiyanın IT şirkəti "Aeza Group" və helikopter şirkəti "HeliCo Group"a qarşı sanksiyalar tətbiq edib.
TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər və Birlik Nazirliyinin yenilənmiş sanksiyalar siyahısında məlumat verilib.
Eyni zamanda, Gürcü biznesmen Levan Vasadze və Gürcüstanın keçmiş baş prokuroru Otar Partsxaladzeyə də məhdudiyyətlər qoyulub. Onlar Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəkləməkdə ittiham olunurlar. Həmin şəxslərin Böyük Britaniyaya girişi qadağan olunub və aşkar edilərsə, Britaniya banklarındakı hesabları dondurulacaq.
Bundan əlavə, Britaniyanın qara siyahısına Rusiya neftini Gürcüstanın Batumi limanına çatdırdığı iddia edilən iki tanker də daxil edilib.
Türkan İsgəndərli
tag: Britaniya,Rusiya,Gürcüstan,Sanksiya,Todaypress.tv,