NATO-nun maliyyələşdirdiyi ABŞ hərbi texnikaları Ukraynaya göndərildi
Dünya
17.09.2025 16:45
Ukrayna üçün müttəfiqlərlə yeni maliyyə sazişi əsasında alınmış ABŞ hərbi texnikaları göndərilib.
TodayPress TV xəbər verir ki, söhbət NATO ölkələri ilə ABŞ arasında Kiyevə yardımla bağlı razılaşmaya uyğun olan dörd yardım paketindən gedir.
Sentyabrın 16-da ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukraynaya Avropa tərəfindən maliyyələşdirilən ilk hərbi yardım paketini təsdiqləyib.
Xatırladaq ki, iyulun 24-də ABŞ prezidenti bəyan etmişdi ki, Vaşinqton və Aİ, Avropa ölkələrinin bütün hərbi texnikasının dəyərinin 100%-ni ödəyəcəkləri barədə razılığa gəliblər.
Bildirilir ki, Aİ silahları alacaq və sonra paylayacaq. Tramp silahların böyük hissəsinin Ukraynaya gedəcəyini vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Tramp Avropanın Ukraynadakı münaqişəni həll etmək istəyini də bəyan etmişdi.
Jalə Rövşən
tag: NATO,ABŞ,Texnika,Ukrayna,Todaypress.tv,