Venesuela: Sanksiyaların 80%-ni Tramp tətbiq edib

Dünya

21.06.2025 18:15

Venesuelanın anti-sanksiya siyasəti üzrə nazir müavini Uilyam Kastilyo bildirib ki, ABŞ-nin Venesuelaya qarşı tətbiq etdiyi sanksiyaların əksəriyyəti sabiq prezident Donald Trampın dövründə qüvvəyə minib.

TodayPress TV xəbər verir ki,  bu barədə "RİA" məlumat yayıb.

“Venesuelaya qarşı olan 1039 sanksiyanın 80%-ni Tramp imzalayıb”, – deyə Kastilyo bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda deyib.

O, həmçinin Bayden administrasiyasının Amerika neft şirkətləri üçün verdiyi lisenziyaların ləğvi ilə ticarət münaqişəsinin yenidən dərinləşdiyini qeyd edib. Kastilyonun sözlərinə görə, Tramp dövründə Venesuelaya texnologiya ixracı məhdudlaşdırılıb və bu ölkədən gətirilən məhsullara 15%-lik əlavə rüsum tətbiq olunub.

Eyni zamanda, o, Vaşinqtonla dialoqun xüsusi nümayəndə vasitəsilə davam etdiyini də vurğulayıb:

“Tramp ictimaiyyət qarşısında sərt danışır, lakin pərdəarxası fərqli davranır. Biz onun əhvalına bağlı qala bilmərik”.

Qiymət Mahir

tag: Venesuela,Bayden ,Tramp ,Uilyam Kastilyo ,Todaypress.tv,