Britaniya kral ailəsi ilə bağlı qalmaqallı iddialar çap ediləcək

Dünya

02.09.2025 01:10

45Britaniya kral ailəsinin gizli həyatına dair qalmaqallı iddialar jurnalist Valentin Lounun qələmə aldığı “Power And The Palace” adlı yeni kitabda yer alıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Independent” məlumat yayıb.

Sentyabrın 11-də satışa çıxacaq kitab böyük rezonans doğurub.

Məlumata görə, kitab kral ailəsinin şəxsi həyatına dair bir sıra sensasion faktları üzə çıxarır.

İddiayaa görə, mərhum Kraliça II Elizabet “Brexit”ə qarşı olub və Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına etiraz edib. Bu mövqe monarxın siyasi neytrallıq öhdəliyi ilə ziddiyyət təşkil edir.

HəmçininŞ Kraliça Kamillanın məktəbli ikən qatarda tanımadığı bir şəxsin cinsi hücumuna məruz qaldığı lakin özünü qorumağı bacardığı qeyd olunub.

Eyni zamanda sabiq Baş nazir Boris Consonun koronavirusa yoluxduğu dövrdə mərhum Kraliça II Elizabetlə görüşməyə çalışaraq pandemiya qaydalarına və sarayın təhlükəsizlik protokollarına zidd addım atdığı vurğulanıb.

Nicat Osman

tag: Britaniya,Kral ailəsi,iddia ,Çap,Todaypress.tv,