Aİ-dən Rusiyaya şərab ixracı maksimuma çatdı
Dünya
21.07.2025 04:00
Avropa İttifaqından Rusiyaya şərab tədarükü 2025-ci ilin may ayında son altı ayda ilk dəfə olaraq maksimum həddə çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb və mənbə kimi “Eurostat”ın statistikasına istinad edib.
Apreldə Rusiyaya 9,7 min ton şərab göndərilmişdisə, mayda bu göstərici 9,9 min tona yüksəlib. Bu, 2024-cü ilin noyabrından (12,7 min ton) sonra qeydə alınan ən yüksək göstəricidir.
Artım əsasən aparıcı istehsalçı ölkələrin ixracı artırması ilə bağlıdır. Belə ki, İtaliya Rusiyaya şərab ixracını 7% artıraraq 4,4 min tona çatdırıb. Polşadan idxal da artaraq 1,7 mindən 2 min tona yüksəlib. Ən kəskin artım Fransadan olub, tədarük 154 min tona yüksəlib. Avstriya isə ixracı 1,5 dəfə artıraraq 116 tona çatdırıb.
Qiymət Mahir
tag: Avropa İttifaqı,Rusiya,Şərab,Polşa,Todaypress.tv,