Braziliya lideri: "BMT-nin yaratdığı dünya nizamı dağılmaq üzrədir"

Dünya

11.07.2025 18:33

Braziliya Prezidenti Lula da Silva bildirib ki, 1945-ci ildən mövcud olan beynəlxalq nizam bu il tam çökə bilər.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, onun sözlərinə görə, bu proses ABŞ-nin İraq və Əfqanıstana müdaxiləsindən sonra başlayıb, Qəzza müharibəsi isə böhranın ən açıq nümunəsidir.

Lula Yaxın Şərqdəki hadisələrin soyqırımı kimi tanınmamasını insanlıq dəyərlərinin inkarı adlandırıb. O, həmçinin İranla bağlı son hücumu “axırıncı mərhələ” kimi dəyərləndirib.

Braziliya lideri bəyan edib ki, dünya güc prinsipinə əsaslanmağa başlayıb və bu, ticarətə zərər vurur. ABŞ-nin 50 faizlik tarif qərarına cavab olaraq Braziliya 1 avqustdan Amerika mallarına eyni səviyyədə rüsum tətbiq edəcək.

Qiymət Mahir

tag: Braziliya ,Lula da Silva,ABŞ,İraq ,Todaypress.tv,