Bolqarıstan 2026-cı ildə avroya keçəcək
Dünya
08.07.2025 18:15
Avropa İttifaqı (Aİ) Şurası Bolqarıstanın 1 yanvar 2026-cı ildən avro pul vahidinə keçməyə hazır olduğunu bəyan edib.
TodayPress TV xəbər verir ki, Aİ-yə üzv ölkələrin maliyyə nazirləri Bolqarıstanın avroya keçidi üçün tələb olunan son 3 hüquqi aktı qəbul ediblər.
Açıqlamada qeyd olunur ki, ölkə Avrozonaya üzvlük prosesini uğurla başa çatdırıb və bu istiqamətdə genişmiqyaslı və intensiv hazırlıq aparılıb.
Qəbul edilən qərara əsasən, avro ilə Bolqar levası arasında çevrilmə məzənnəsi 1 avro = 1,95583 leva olaraq müəyyənləşdirilib.
Bu gün Avropa Parlamenti (AP) deputatları da Bolqarıstanın avroya keçidini dəstəkləyiblər. Daha əvvəl Aİ Komissiyası və Avropa Mərkəzi Bankı 2007-ci ildən Aİ üzvü olan Bolqarıstanın 2026-cı ildən avroya keçməyə tam hazır olduğunu açıqlamışdı.
Qiymət Mahir
tag: Avropa İttifaqı, Bolqarıstan,Avro ,Pul vahidi,Todaypress.tv,