ABŞ Senatında bəyanat: “Ukrayna qalib gələ bilər”

Dünya

25.06.2025 09:48

NATO-nun Avropadakı birləşmiş qüvvələrinin yeni ali baş komandanı, general Aleksus Grinkevich Ukraynanın Rusiya ilə müharibədə qalib gələ biləcəyini deyib.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, ABŞ Senatında keçirilən dinləmələr zamanı senator Tommi Tabervillin sualını cavablandıran general, Ukraynalıların döyüş iradəsini yüksək qiymətləndirib:

“Mən hesab edirəm ki, Ukrayna qalib gələ bilər. Vətən təhlükə altında olanda insanlar elə inadla mübarizə aparır ki, bunu təsəvvür etmək bizə çətindir, çünki biz heç vaxt bu vəziyyətdə olmamışıq”, – deyə o bildirib.

Aleksus Grinkevich bu vəzifəyə təyin olunmazdan əvvəl ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsində əməliyyatlar üzrə direktor kimi çalışıb. “Defense News” nəşrinin məlumatına görə, o, Pentaqonda ən perspektivli generallardan biri hesab olunur. Grinkevich həm də "F-16" və "F-22" qırıcı təyyarələrinin pilotu olub, Mərkəzi Komandanlıqda (CENTCOM) dörd il xidmət göstərib.

Qiymət Mahir

tag: NATO,Avropa,Rusiya,ABŞ,Todaypress.tv,