BMT: Dünyada doğum səviyyəsi kəskin azalır
Dünya
10.06.2025 15:31
Qlobal doğum səviyyəsi rekord səviyyəyə düşüb və milyonlarla insan iqtisadi və sosial problemlər üzündən uşaq sahibi ola bilmir.
TodayPress TV xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) hesabatında bildirilib.
Təşkilatın mütəxəssisləri ABŞ, Hindistan, Braziliya, Cənubi Afrika, İndoneziya, Meksika, Almaniya və bir sıra digər ölkələrdə dünya əhalisinin üçdə birini təşkil edən 14 ölkədə 14 min insan arasında uşaq planları ilə bağlı araşdırma aparıblar.
Tədqiqat aşağı, orta və yüksək gəlir səviyyəli insanları əhatə edib. Sorğuda həm gənclər, həm də reproduktiv yaşda olmayan insanlar iştirak ediblər. Hər beşinci respondent istədikləri sayda uşaq sahibi ola bilmədiyini bildirib.
Sorğuda iştirak edənlər uşaq sahibi olmaqdan və çoxuşaqlı olmaqdan imtinanın əsas səbəbi kimi maddi çətinlikləri və yaşayışın baha olmasını göstəriblər. Digər səbəblərə uşaq baxımı və qadınların məşğulluğunun birləşdirilməsində çətinliklər, səmərəsiz demoqrafik siyasət, sağlamlıq problemləri və siyasi qeyri-sabitlik daxildir.
BMT-nin dünya əhalisinin perspektivləri ilə bağlı son hesabatında növbəti 90 il ərzində dünya əhalisinin 3,1 milyard nəfər artacağı, ardınca isə tədricən azalacağı bildirilib.
Türkan İsgəndərli
tag: Doğum,Uşaq,Ailə,BMT,todaypress.tv,