Beynəlxalq Ədalət Məhkəməsi yeni tarixi rəyini dərc etdi

Beynəlxalq Ədalət Məhkəməsi yeni tarixi rəyini dərc etdi
23.07.2025 18:01 Dünya

Beynəlxalq Ədalət Məhkəməsi iqlim dəyişikliyi ilə qlobal mübarizəyə dair tarixi rəyini dərc etməyə başlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “Yle” məlumat yayıb. 

Nəşrin verdiyi məlumata əsasən, bəyanatın iqlim dəyişikliyi ilə mübarizədə dövlətlərin hüquqi öhdəliklərini yerinə yetirməməsinə görə mümkün sanksiyaları müəyyən edəcəyi gözlənilir. 

Ekspertlər qeyd ediblər ki, hakimlərin rəyi bütün dünyada iqlim dəyişikliyi qanunvericiliyinə əhəmiyyətli təsir göstərə bilər. 

Aysel Mətləb

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər