Belçikada 774 qaçqın uşaq itib
Dünya
09.07.2025 17:55
Belçikada 2024-cü il ərzində 774 müşayiətsiz qaçqın uşaq itkin düşüb. Onlardan yalnız 246-sı tapılıb, 528 nəfər isə hələ də axtarılır.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, İtkin düşən uşaqlardan 101-i “xüsusi narahatedici” hesab olunur.
Onlar ya 13 yaşından kiçikdir, ya da təhlükəli şəraitdə son dəfə görüldükləri üçün risk altındadır.
Deputat Matti Vandemaele bildirib ki, bu uşaqların qorunmaması Belçika dövlətinin ciddi uğursuzluğudur:
“Bu uşaqlara ölkəyə gəldikləri andan qəyyum və dəstək göstərilməlidir”.
Son illərdə Belçikada ümumilikdə 2.241 qaçqın uşaq itib. Uşaqların küçələrdə başıboş qalmasının qarşısını almaq üçün Vandemaele fərdi qayğı mərkəzlərinin açılmasını və Avropa səviyyəsində xüsusi fəaliyyət planı hazırlanmasını təklif edib.
Qiymət Mahir
tag: Belçika,Qaçqın,Uşaq,İtki,Todaypress.tv,