Türkiyənin XİN başçısı Suriyaya səfər edəcək
Dünya
07.08.2025 15:40
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Suriyaya işgüzar səfər edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, səfər çərçivəsində naziri Fidan Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşəcək.
Görüşdə Əsəd rejiminin devrilməsindən keçən səkkiz ay ərzində Türkiyə ilə Suriya arasında müxtəlif sahələrdə əldə olunmuş irəliləyişlərin dəyərləndirilməsi və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi məsələsinə xüsusi diqqət yetiriləcəyi gözlənilir.
Danışıq zamanı həmçinin Suriyanın yenidən qurulması və ölkənin dirçəldilməsi istiqamətində görülən işlərin əlaqələndirilməsi də təbii olaraq önəmli müzakirə mövzularından olacaq
Nazirliyin səfərlə bağlı açıqlamasında bildirib ki, Türkiyə-Suriya münasibətlərində müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının mövcud olduğu hazırkı mərhələdə, Türkiyənin əsas prioriteti bu imkanlardan iki ölkənin ortaq maraqları çərçivəsində və Suriyanın sabitliyinə, təhlükəsizliyinə töhfə verəcək şəkildə faydalanmaqdır. Bu məqsədlə Türkiyə ilə Suriya arasında qarşılıqlı yüksək səviyyəli səfərlər sürətlə davam etdirilir.
Qiymət Mahir
tag: Suriya,Türkiyə,Türkiyə XİN,Suriya ,Todaypress.tv,