“Baza” işində təqsirləndirilən Belqorod polisi həbs edildi

“Baza” işində təqsirləndirilən Belqorod polisi həbs edildi
24.07.2025 20:10 Dünya

Rusiya Daxili İşlər Nazirliyinin Belqorod şəhəri üzrə 3 saylı polis idarəsinin cinayət axtarış şöbəsinin böyük əməliyyatçısı Aleksandr Selivanov “Baza” "Telegram" kanalının jurnalistlərindən rüşvət alma işi üzrə günahını etiraf edib.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat verib.

“Günahımı tam etiraf edirəm, peşmanam. İstintaqla əməkdaşlığa hazıram, nəyisə gizlətmək fikrində deyiləm”, - Selivanov bildirib.

Məhkəmənin qərarı ilə rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən A.Selivanov həbs edilib.

“Məhkəmə Səlivanovun 1 ay 27 gün müddətinə həbs edilməsi barədə qərar çıxarıb”, - məlumatda deyilir.

İyulun 22-də səhər saatlarında Rusiya təhlükəsizlik qüvvələri məşhur teleqram-kanal olan “Baza”nın ofisində, eləcə də “Baza”nın baş redaktoru Qleb Trifonovun mənzilində axtarışlar aparıb. Sonradan məlum olub ki, redaksiyanın azı beş əməkdaşı, o cümlədən Trifonov dindirilmək üçün saxlanılıb. Həmçinin rəsmi məlumatları üçüncü şəxslərə ötürməkdə ittiham olunan DİN-in ərazi idarələrinin bir neçə əməkdaşı da saxlanılıb.

İyulun 23-də kanalın baş redaktoru Trifonov və prodüseri Tatyana Lukyanova bir qrup şəxs tərəfindən qabaqcadan razılaşma yolu ilə rüşvət verməkdə ittiham olunaraq məhkəmənin qərarı ilə həbs ediliblər.

XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 Bütün Xəbərlər