Aİ üzv ölkələrə pensiya islahatları etməyi tapşırdı
Dünya
17.10.2025 11:53
Avropa Komissiyası üzv ölkələri pensiya islahatları aparmağa məcbur etmək niyyətindədir.
TodayPress TV xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Məlumata görə, əgər bu islahatlar həyata keçirilməsə, həmin ölkələr Brüsseldən tam büdcə maliyyəsi ala bilməyəcəklər.
Komissiya 2028-2034-cü illəri əhatə edəcək və 2 trilyon avroya çata biləcək yeni Aİ büdcəsi üzərində işləyir. Məqsəd isə üzv dövlətlərdə əhalinin qocalması və azalan doğum səviyyəsi səbəbindən çətin vəziyyətə düşə biləcək pensiya sistemlərini gücləndirməkdir.
Aİ rəsmiləri bildiriblər ki, Komissiya hər ölkəyə fərdi tövsiyələr hazırlayacaq, lakin pensiya yaşı və ya ödəniş məbləğlərinə birbaşa qarışmayacaq. Bunun əvəzinə, üzv ölkələrdən ABŞ-dəki kimi fərdi pensiya yığım sistemləri qurmaq tələb olunacaq.
2023-cü il məlumatlarına görə, Aİ-də pensiyaçıların 80 faizi yalnız dövlət pensiyasından asılıdır və 65 yaşdan yuxarı hər beş nəfərdən biri yoxsulluq riski altındadır.
Türkan İsgəndərli
tag: Aİ,Pensiya,Vəsait,Büdcə,Todaypress.tv,
