NATO Ukraynaya hərbi dəstək bəyanatını qəbul etməyəcək
Dünya
04.06.2025 10:23
NATO ölkələrinin liderləri iyunun 24–25-də Haaqada keçiriləcək sammitdə Ukraynaya hərbi dəstək barədə birgə bəyanat qəbul etməyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə "AFP" agentliyi məlumat yayıb.
Bildirilib ki, səbəb ABŞ prezidenti Donald Trampın Ukraynaya yardımı dayandırması ilə bağlı qərarıdır.
“32 üzv ölkənin Ukraynaya hərbi dəstəyinə dair ortaq bəyanatı, görünür, olmayacaq, çünki Tramp əyləci basdı”, – deyə agentliyin xəbərində qeyd olunur.
Ukrayna prezidenti Volodimir Zelenski isə hesab edir ki, Qərb Rusiyaya NATO-ya təsir edə bilməyəcəyini göstərməlidir:
“Rusiya Avropaya qarşı çıxmağa qərar verib. Ona görə də Kremlin Qərbin gələcəyi ilə bağlı qərarlarda yeri olmamalıdır. Bu, NATO sammitində nümayiş etdirilməlidir”, – deyə Zelenski bildirib.
Qiymət Mahir
tag: NATO,Ukrayna,ABŞ,Donald Tramp,todaypress.tv,