Avstraliya və Papua Yeni Qvineya qarşılıqlı müdafiə müqaviləsi imzaladı
Dünya
06.10.2025 11:38
Avstraliyanın Baş naziri Entoni Albanese və Papua Yeni Qvineyanın Baş naziri Ceyms Marape 6 oktyabr 2025-ci ildə Kanberradakı Parlament Evində Pukpuk müqaviləsini təsdiqləyiblər.
TodayPress TV "Aljazeera"yə istinadən xəbər verir ki, saziş iki ölkənin daha geniş hərbi əməkdaşlıq etməsini nəzərdə tutur, müqavilənin tam mətni isə hələ açıqlanmayıb.
Papua Yeni Qvineya lideri Marape müqavilənin əsas məqsədinin qonşu ölkələrin təhlükəsizliyini təmin etmək olduğunu bildirib və sənədin geosiyasi məqsədlərlə bağlı olmadığını vurğulayıb. Avstraliya Baş naziri Albanese isə müqavilənin müdafiə qüvvələrinin qarşılıqlı fəaliyyəti üçün nəzərdə tutulduğunu açıqlayıb.
Saziş çərçivəsində Papua Yeni Qvineya vətəndaşlarının Avstraliya Müdafiə Qüvvələrində xidmət etmək imkanları yaranacaq, ölkə müdafiə gücünü 7,000 əsgərə çatdırmağı hədəfləyir.
Həmçinin bu müqavilə Papua Yeni Qvineyanın müstəqilliyinin 50 illiyini qeyd etməsindən bir neçə həftə sonra imzalanıb və Avstraliyanın Sakit Okean regionundakı qonşu ölkələrlə müdafiə və təhlükəsizlik əməkdaşlığını gücləndirməsinə yönəlib.
Jalə Rövşən
tag: Avstraliya,Papua Yeni Qvineya,Pukpuk müqaviləsi,Müdafiə sazişi,Todaypress.tv,
