Avropada "Tesla" satışları kəskin azaldı

Dünya

27.05.2025 10:57

2

ABŞ mənşəli elektrikli avtomobil istehsalçısı "Tesla"nın Avropa İttifaqı (Aİ) ölkələrindəki satışları 2024-cü ilin aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə 53% azalıb.

TodayPress TV xəbər verir ki, bu barədə Aİ-nin Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) məlumat yayıb.

Bu, şirkət üçün ciddi tənəzzül göstəricisidir.

Buna baxmayaraq, ümumilikdə elektrikli avtomobillərin satışı Avropa bazarında artımını davam etdirib. Aprel ayında Avropa İttifaqında satılan bütün avtomobillər arasında elektrikli modellərin payı 15 faizdən bir qədər çox olub. Hibrid avtomobillər isə bazarın 35 faizini təşkil edib.

Statistik göstəricilər "Tesla"nın 2024-cü ilin əvvəlindən etibarən də zəiflədiyini ortaya qoyur. Yanvar-aprel ayları ərzində "Tesla"nın satışları ötən ilin eyni dövrü ilə müqayisədə 46% aşağı düşüb.

Analitiklər "Tesla"nın bu tənəzzülünü bazardakı rəqabətin artması, yeni modellərin gecikməsi və qiymət siyasətindəki dəyişikliklərlə izah edirlər.

Töhfə Səməd

tag: ABŞ ,Avtomobil,Tesla,Avropa İttifaqı,todaypress.tv,