Avropa Parlamenti Mertsin raketlərlə bağlı bəyanatını dəstəkləyir
Dünya
29.05.2025 16:04
Avropa Parlamentinin (AP) sədri Roberta Metsola Almaniya kansleri Fridrix Mertsin Ukrayna üçün uzaqmənzilli raketlərlə bağlı bəyanatını dəstəkləyib.
TodayPress TV xəbər verir ki, o, bu sözləri “La Stampa” qəzetinə müsahibəsində deyib.
"Kansler Mertsin bəyanatlarını çox güclü hesab edirəm. Biz uzun illərdir ki, Almaniyadan belə sərt bəyanatlar gözləyirdik. Biz Ukraynaya silah istehsalı üçün lisenziya verilməsini çox gözləmişik", - o deyib.
Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl Avropa ölkələrindən oxşar lisenziyaların verilməsini xahiş edib.
Xatırladaq ki, mayın 26-da Merts bəyan edib ki, Almaniya, Böyük Britaniya, Fransa və ABŞ artıq Ukraynaya çatdırılan silahların Rusiya ərazisinin dərinliklərinə endirilməsi diapazonunu məhdudlaşdırmayacaq. Bundan əlavə, kansler “Taurus” uzaqmənzilli qanadlı raketlərinin Kiyevə ötürülməsinin mümkünlüyünü qeyd edib.
Nicat Osman
tag: Uzaqmənzilli raket,Ukrayna ,Volodimir,Fridrix Merts,todaypress.tv,