Avropa İttifaqı 2030-cu ildən tez Rusiyaya qarşı çıxa bilməyəcək
Avropa İttifaqı 2030-cu ilə qədər Rusiyadan müdafiəyə hazır olmaq məqsədinə çatmaq üçün kifayət qədər sürətlə silahlanmır.
TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, Avropa Müdafiə Agentliyinin hazırladığı ilk illik hesabatda Aİ ölkələrinin hazırkı planlarının hava və raketdən müdafiə, quru qoşunları, dəniz qüvvələri, sursat ehtiyatları və pilotsuz sistemlər sahəsində ciddi boşluqları aradan qaldırmaq üçün yetərli olmadığı bildirilib.
Hesabatda qeyd olunur ki, müdafiə xərcləri və hərbi sənaye imkanlarında əhəmiyyətli artım olsa da, Avropanın hələ də kifayət qədər yerləşdirilə bilən, davamlı və qarşılıqlı fəaliyyət göstərə bilən hərbi qüvvələri yoxdur.
Avropa Müdafiə Agentliyi 2030-cu ilədək müdafiə hazırlığına nail olmaq üçün investisiyaların, hərbi imkanların inkişafının və sənaye potensialının miqyası və tempində “qəti dəyişiklik” edilməsinin zəruri olduğunu vurğulayıb.
Jalə Rövşən