Atlantik okeanının irimiqyaslı çirklənmə qeydə alındı

Dünya

11.07.2025 13:57

Hollandiya alimləri Şimali Atlantik okeanında gözlə görünməyəcək qədər kiçik, mikrometrdən də xırda hissəciklər olan nanoplastiklərin miqyasını ortaya çıxarıblar. 

TodayPress TV xəbər verir ki, araşdırmaya görə, bu hissəciklər ümumilikdə 27 milyon ton plastik tullantı təşkil edə bilər ki, bu da okeanlarda tapılan daha iri plastik tullantılardan daha çoxdur.

Utrekst Universitetindən tədqiqatçılar Atlantik okeanının müxtəlif nöqtələrindən və dərinliklərindən nümunələr götürərək yüksək dəqiqlikli analizlər aparıblar. Nəticələr göstərib ki, nanoplastiklər okeanın hər yerində, xüsusilə sahil yaxınlıqlarında və subtropik cərəyanların toplandığı bölgələrdə geniş yayılıb.

Ən çox rast gəlinən nanoplastik növləri PET (polietilen tereftalat), PVC (polivinil xlorid) və polistirol — gündəlik həyatımızda butulka və qablaşdırmalarda istifadə olunur. Daha geniş yayılmış polietilen və polipropilen isə, ehtimal ki, texnoloji analiz məhdudiyyətləri səbəbilə az qeydə alınıb.

Alimlər bildirirlər ki, belə kiçik ölçülü plastik hissəciklər canlı orqanizmlərin toxumalarına daxil ola, daha fərqli yollarla yayılıb və ətraf mühitlə iri plastiklərdən daha təhlükəli şəkildə qarşılıqlı təsir göstərə bilərlər.

Tədqiqatçılar plastiklərin okeanlara axmasının qarşısını almaq üçün təcili və sərt tədbirlərin görülməsinə çağırırlar, çünki bu miqyasda çirklənməni yalnız yumşaltmaqla idarə etmək artıq mümkün deyil.

Türkan İsgəndərli

tag: Hollandiya,Şimali Atlantik,Okean,Plastik,Todaypress.tv,