Ardıcıl partlayışlar Kiyev səmasını dumana bürüdü

Dünya

28.09.2025 13:07

Kiyev şəhərində bir neçə partlayış baş verib və nəticədə şəhərin üzərində duman əmələ gəlib.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna paytaxt administrasiyası öz Telegram kanalında məlumat yayıb.

Rəsmilərin bildirdiyinə görə, hazırda havanın çirklənmə səviyyəsi əsas göstəricilər üzrə norma daxilindədir, lakin yanıq qoxusu qalmaqda davam edə bilər. Mütəxəssislər sakinlərə pəncərələri bağlamağı, açıq havada vaxtlarını məhdudlaşdırmağı və daha çox su içməyi tövsiyə ediblər.

Kiyev meri Vitali Kliçko qeyd edib ki, bir gecə ərzində baş vermiş hücum nəticəsində şəhərin altı rayonunda təxminən 20 obyekt zərər görüb. Xilasetmə və bərpa işləri davam edir. Şəhərdə hava hücumu xəbərdarlığı qüvvədədir və sakinlərə sığınacaqlarda qalmaq tövsiyə olunur.

Eyni zamanda, bir gecə ərzində Ukrayna səmasında 100-dən çox pilotsuz təyyarənin müşahidə edildiyi bildirilib.

Jalə Rövşən

TodayPress TV

tag: Kiyev,Rusiya-Ukrayna,Vitali Kliçko,