Tramp seçki sistemində islahat aparacaq
Dünya
18.08.2025 17:18
ABŞ Prezidenti Donald Tramp poçtla səsverməyə qarşı çıxaraq ABŞ seçki sistemində islahatlara ehtiyac olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, o, bu üsulun artıq köhnəldiyini və saxtakarlıq üçün geniş imkanlar yaratdığını deyib.
Tramp poçtla səsvermə əvəzinə su nişanlı kağız bülletenlərin istifadəsini təklif edir və bu sistemin nəticələrin şəffaf şəkildə müəyyənləşdirilməsinə kömək edəcəyini düşünür. Ağ Ev rəhbəri həmçinin səsvermə maşınlarını da tənqid edərək onların çox baha və etibarsız olduğunu, saxtakarlıq riskini artırdığını iddia edib. O əlavə edib ki, bu texnologiyalar seçkilərin nəticələrinə dair şübhələrə yol açır və seçicilərin inamını sarsıdır.
Tramp 2026-cı il ara seçkilərinin bütövlüyünü təmin etmək məqsədilə Demokratların öz maraqlarına uyğun addımlar atacağını və bu cür praktikalara qarşı sərt tədbirlərin görülməli olduğunu bildirib.
Türkan İsgəndərli
tag: Tramp,Seçki,Poçt,Bülleten,Todaypress.tv,