Almaniya Rusiyanın Bonndakı Baş Konsulluğunu bağlayır

Almaniya Rusiyanın Bonndakı Baş Konsulluğunu bağlayır
01.09.2026 23:00 Dünya

Almaniya hökuməti avqustun əvvəlində Leypsiq hava limanında aşkar edilən dronla bağlı insidentə görə sentyabrın 18-də Rusiyanın Bonndakı Baş Konsulluğunu bağlamaq qərarına gəlib.

TodayPress TV xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri İohann Vadeful Berlində keçirilən mətbuat konfransında bildirib.

“Almaniya hökuməti Leypsiqdəki hibrid hücuma görə məsul tərəf kimi Rusiyaya qarşı tədbirlər görür. Təhlükəsizliyimizi gücləndirməklə yanaşı, federal hökumət Rusiyaya qarşı tədbirlər tətbiq edir. Almaniya kansleri ilə razılaşdıraraq, Rusiyanın Bonndakı Baş Konsulluğunun sentyabrın 18-də bağlanmasına göstəriş vermişəm”, - deyə o vurğulayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
01 SENTYABR 2026
Bütün Xəbərlər