Almaniya əhalisi ölkəsindən narazıdır
Almaniyada əhalinin 60%-dən çoxu hesab edir ki, son 10 ildə ölkədə həyat səviyyəsi aşağı düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Sorğuda iştirak edənlərin 60,4%-i həyat şəraitinin 10 il əvvəllə müqayisədə pisləşdiyini, 28%-i isə heç bir dəyişiklik olmadığını deyib. Cəmi 8,1% respondent isə yaşayışın yaxşılaşdığını bildirib.
Buna baxmayaraq, sorğu göstərib ki, almanların əksəriyyəti ölkədə yaşamağı xoşlayır. Belə ki, 25% Almaniyada yaşamağı “həqiqətən sevdiyini”, 46% isə müəyyən dərəcədə bəyəndiyini bildirib.
Eyni zamanda, 20% yaşamaq istəksizliyi hiss etdiyini, 6% isə Almaniyada yaşamağın onlara tamamilə uyğun olmadığını deyib.
Türkan İsgəndərli