Almaniya Berboku BMT-də işləmək üçün səriştəsiz hesab etdi
Dünya
03.06.2025 17:00
“Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbokun Birləşmiş Millətlər Təşkilatında (BMT) işləmək üçün zəruri diplomatik keyfiyyətlərə sahib olmaması ilə bağlı tənqidlər səslənir”.
TodayPress TV xəbər verir ki, bu barədə almaniyalı politoloq Aleksandr Rar “Vzqlyad” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Berbok diplomatiya və konsensus tapmaq kimi bacarıqlardan çox ideoloji fanatizmə üstünlük verir:
“O, liberal dəyərləri dünyaya lazım olsa, zor gücü ilə yaymaq ideyasına aludədir. BMT tribunasında bu ideyanı Rusiya və Çinə qarşı istifadə edə bilər”.
Ekspert xatırladıb ki, Berlin illərdir BMT Baş Assambleyasına sədrlik üçün təcrübəli diplomat Helqa Şmidti hazırlayırdı. Lakin 2025-ci ilin əvvəlində “Yaşıllar” partiyasının seçkilərdə uğursuzluğundan sonra Berbokun bu vəzifəyə irəli sürülməsi siyasi konfiqurasiyanı dəyişib.
Qiymət Mahir
tag: BMT,Almaniya,Berbok,Berlin,todaypress.tv,