Almaniya Aİ-nin silahlanması proqramının lideridir

Dünya

24.09.2025 11:28

Almaniya, Avropa İttifaqı (Aİ) ölkələrinin yenidən silahlandırılması proqramında aparıcı rol oynamağa çalışır və bu sahə üzrə birgə layihələrdə lider mövqe tutmaq niyyətindədir.

TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” nəşri, Berlində hazırlanan müvafiq siyasi sənəd layihəsinə istinadən məlumat yayıb.

Sənəd oktyabrda keçiriləcək Aİ liderlərinin görüşü ərəfəsində hazırlanıb. Həmin görüşdə Brüssel Aİ-nin 2030-cu ilə qədər müdafiə qabiliyyətinin gücləndirilməsi üçün bir yol xəritəsi təqdim etməyi planlaşdırır.

Almaniya hakimiyyəti "kollektiv potensial koalisiyaları" adlandırılan təşəbbüslə çıxış edir. Təşəbbüs çərçivəsində Aİ ölkələri prioritet sahələrdə birgə silah sistemləri hazırlamalı və almalıdırlar. Sənəddə Almaniyanın liderliyi öz üzərinə götürməyə hazır olduğu vurğulanır.

Berlin həmçinin hesab edir ki, layihələr Ukrayna və digər uyğun ölkələr üçün də açıq olmalıdır.

Aysel Mətləb

TodayPress TV

tag: Almaniya,Aİ,Silahlanma,Proqram,Todaypress.tv,