Alman politoloq: “Merts dünyanı nüvə müharibəsinə yaxınlaşdırır”

Dünya

27.05.2025 10:53

4

"Almaniya kansleri Fridrix Mertsin Ukraynaya uzaqmənzilli raketlərlə Rusiya ərazisindəki hədəflərə zərbə endirməyə icazə verməsi dünyanı nüvə müharibəsinə sürükləyə bilər".

TodayPress TV xəbər verir ki, bu barədə almaniyalı politoloq Aleksandr Rar özünün “Telegram” kanalında yazıb.

“Görünür, Qərb Rusiyanın Ukraynada irəliləyişini dayandırmaq üçün əlində qalan bütün resursları – vəsaiti, silahı, qüvvələri və imkanları səfərbər etmək istəyir. Təəssüf ki, bu, dünyanı nüvə münaqişəsinə bir addım da yaxınlaşdırır”, – deyə Rar vurğulayıb.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşması barədə yayılan məlumatlar Almaniya kansleri Mertsin Vaşinqtonla “sərt mövqeyə keçid” barədə razılığa gəldiyini göstərir.

Qiymət Mahir

tag: Almaniya,Politoloq,Fridix Merts,Dünya,Nüvə,todaypress.tv,