Alman briqadası Litva hərbi sıralarında

Dünya

22.05.2025 19:15

Litvanın Silahlı Qüvvələrinin tərkibinə Almaniyanın 45-ci hərbi briqadasının daxil edilməsi ilə bağlı rəsmi mərasim baş tutub. 

TodayPress TV xəbər verir ki, bu barədə “Delfi Litva” nəşri məlumat yayıb.

Mərasim Almaniyanın yeni kansleri Fridrix Mertsin Vilnüsə rəsmi səfəri zamanı təşkil olunub. Litva Prezidenti Gitanas Nauseda tədbirdə çıxış edərək, Litvanın alman əsgərlərinə ən yüksək səviyyədə təlim, məşq və yaşayış şəraiti yaradacağını bildirib. O, Litvanın onların heç bir şeyə ehtiyac duymaması üçün hər şeyi edəcəyini vəd edib.

Fridrix Merts isə mərasimdən əvvəl verdiyi açıqlamada Almaniya və NATO müttəfiqlərinin alyansın hər bir qarış ərazisini müdafiə etməyə tam hazır olduğunu vurğulayıb. 

“NATO-ya meydan oxuyan hər kəs bilməlidir ki, biz hazırıq. Hər hansı bir müttəfiqə təhdid olarsa, bütün Şimali Atlantika Alyansı birgə şəkildə NATO ərazisinin hər qarışını qoruyacaq” deyə kansler qeyd edib.

Töhfə Səməd 

tag: Alman,Briqada,Litva,Ordu,todaypress.tv,