"Air India" təyyarəsi enişdən sonra alovlandı

"Air India" təyyarəsi enişdən sonra alovlandı
22.07.2025 22:50 Dünya

Honq-Konqdan Yeni Dehliyə uçan "Air India" şirkətinə məxsus "Airbus A321" təyyarəsi İndira Qandi Beynəlxalq Hava Limanına (Hindistan, Yeni Dehli - red.) endikdən sonra alovlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə aviaşirkət ''X'' sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, sərnişinlər təhlükəsiz şəkildə təxliyə edilib.

Enişdən sonra göyərtədəki sərnişinlər artıq enməyə başlayanda təyyarənin quyruq hissəsində yerləşən köməkçi enerji blokunda yanğın baş verib. "Təyyarəyə ziyan dəyib, lakin sərnişinlər və ekipaj üzvləri normal şəkildə eniş ediblər", - məlumatda bildirilib.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər