Aİ yeni proqramını təsdiqləmək istəyir
Dünya
18.06.2025 12:06
Avropa İttifaqı iyunun sonunda Brüsseldə keçiriləcək liderlərin görüşünədək yeni müdafiə sənayesi proqramı – EDIP-i (Avropa Müdafiə Sənayesi Proqramı) qəbul etməyə hazırlaşır. Bu proqram gələcəkdə Aİ-nin müdafiə xərclərinin maliyyələşdirilməsində əsas vasitələrdən biri olacaq.
TodayPress TV “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, 2025–2027-ci illəri əhatə edəcək bu alət üçün ilkin mərhələdə Aİ büdcəsindən 1,5 milyard avro ayrılması nəzərdə tutulur.
Lakin mənbələrin məlumatına görə, bu məbləğ sürətlə artırıla bilər. Avropa Komissiyası Aİ-yə üzv dövlətlərə pandemiyadan sonra bərpa üçün ayrılmış, lakin istifadə olunmamış vəsaitləri bu fonda yönəltməyi təklif edir.
Bununla belə, proqramla bağlı hələ tam razılaşdırılmamış bir məqam qalır – həmin vəsaitlərdən ABŞ istehsalı olan silahların alınmasında istifadə olunub-olunmayacağı. Bu məsələ Vaşinqtonla həssas ticarət danışıqları fonunda xüsusi əhəmiyyət daşıyır.
Qiymət Mahir
tag: Aİ,ABŞ,Qanun,Layihə,Todaypress.tv,