İran XİN: Trampın ziddiyyətli ritorikası psixoloji təsir vasitəsidir

Dünya

30.06.2025 13:59

ABŞ Prezidenti Donald Trampın İranla danışıqlara dair ziddiyyətli bəyanatları artıq Vaşinqtonun xarici siyasətində normaya çevrilib və bu, psixoloji təsir vasitəsi kimi istifadə olunur.

TodayPress TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai açıqlama verib.

"Biz artıq belə situasiyalarla qarşılaşmışıq: səhər danışıqlar prosesində konkret addımlar müzakirə olunur, günortaya isə İrana qarşı yeni sanksiyalar paketi qəbul edilir. Son üç-dörd ayda ABŞ-nin normaya çevrilmiş bu tərəddüdlü mövqeyi heç bir etimada layiq deyil", – deyə o, brifinqdə bildirib.

Baqainin fikrincə, bu kimi bəyanatlar ciddi dialoq və ziddiyyətlərin həlli üçün deyil, psixoloji və informasiya manipulyasiyası məqsədi daşıyır.

Töhfə Səməd 

tag: İran,ABŞ,Tramp,Bəqai,XİN,Todaypress.tv,