Aİ Ukrayna və Moldovanın qəbuluna hazırlaşır
Dünya
30.09.2025 10:12
Avropa İttifaqı Macarıstanın mövqeyinə baxmayaraq, Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü prosesini irəli aparmaq üçün texniki işlərə başlayır.
TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Avropa Komissiyası öz qaydalarına dəyişiklik etməyi təklif edib. Bu, hətta danışıqlara başlamaq üçün rəsmi qərar olmasa belə, bir neçə tematik qrupda texniki işə başlamaqla Macarıstanın Baş naziri Viktor Orbanın vetosundan yayınmağa imkan verəcək.
Bildirilib ki, bu məsələ oktyabrın 1-də Kopenhagendə keçiriləcək Aİ liderlərinin sammitində müzakirə olunacaq.
Xatırladaq ki, bundan əvvəl “Politico” nəşri Avropa diplomatları və rəsmilərinə istinadən yazmışdı ki, Avropa Şurasının rəhbəri Antoniu Koşta Macarıstanın Ukraynanın Aİ-yə üzvlüyünü bloklaması ilə bağlı qərarını neytrallaşdırmaq üçün Aİ-yə qəbul prosedurunun dəyişdirilməsi təşəbbüsünü irəli sürür.
Aysel Mətləb
tag: Aİ,Ukrayna,Moldova,Qəbul,Todaypress.tv,
