Fransa Baş naziri Lekornu yeni hökumət kabinetini təqdim edəcək

Dünya

05.10.2025 20:45

Fransa Baş naziri Sebasten Lekornu vəzifəyə təyin olunmasından bir ay sonra bu gün yeni hökumət kabinetinin bir hissəsini açıqlayacaq.

TodayPress TV “Le Parisien” qəzetinə istinadən xəbər verir ki, məlumata görə, hökumət rəhbəri nazirlərin siyahısını iki mərhələdə elan edəcək və kabinetdə nazirlərin sayı əvvəlki hökumətə nisbətən azalacaq.

Əvvəlki 35 nazirlik portfeli yerinə 20–25 vəzifə olacaq.Daxili işlər naziri Bryuno Retayo, ədliyyə naziri Jerald Darmanen və xarici işlər naziri Jan-Noel Barro vəzifələrində qalacaqlar.

Həmçinin mədəniyyət naziri Raşida Dati, səhiyyə naziri Katrin Votren və dənizaşırı ərazilər naziri Manyuel Vals da postlarında qalacaq.

Müdafiə nazirinin kim olacağı hələ müəyyənləşməyib. Məlumata görə, bu vəzifəyə keçmiş baş nazir və hazırkı təhsil naziri Elizabet Born təyin oluna bilər.

Xatırladaq ki, sentyabrın 8-də Fransa Milli Məclisi Fransua Bayrunun hökumətinə etimadsızlıq göstərmiş, Bayru isə istefa verərək yerini Sebasten Lekornuya təhvil vermişdi.

Jalə Rövşən

TodayPress TV

tag: Fransa,Sebasten Lekornu ,TodayPressTV,