Aİ Putin-Tramp danışıqlarından sonra sanksiyaları sərtləşdirməyə razılaşdılar
Avropa İttifaqı ölkələri Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığından sonra Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə dair razılığa gəliblər.
TodayPress TV "Ura.ru"ya istinadən bildirir ki, bunu Almaniya hökumətinin mətbuat katibi Stefan Kornelius deyib.
Kornelius bildirib ki, Putinlə söhbətindən sonra Tramp digər siyasətçilərlə məsləhətləşib. Onların arasında Ukrayna prezidenti Volodimir Zelenski , Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Giorgio Meloni, Almaniya kansleri Fridrix Merz və Finlandiya prezidenti Aleksandr Stubb olub.
Mayın 19-da Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub. Dialoq iki saatdan çox davam edib.
Aynur TAC
tag: Avropa İttifaqı, Rusiya, ABŞ, Tramp, Putin,todaypress.tv,