Ukrayna parlamentinin sabiq spikeri qətlə yetirildi
Dünya
30.08.2025 14:20
Ukrayna Prezidenti Volodimir Zelenski Lvovda baş verən dəhşətli qətldə ölkə parlamentinin keçmiş sədri Andriy Parubiyin qətlə yetirildiyini təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bu barədə o, "X" platformasında paylaşım edib.
Zelenskinin sözlərinə görə, daxili işlər naziri İqor Klimenko və Baş prokuror Ruslan Kravçenko hadisənin ilk məlum detallarını təqdim ediblər və hazırda qatilin tapılması üçün axtarışlar davam etdirilir.
Hadisə yerinə gedən hüquq-mühafizə orqanları tərəfindən əlavə açıqlamalar verilməyib. Ancaq Zelenski bildirib ki, qətlin istintaqı üçün bütün zəruri resurslar səfərbər edilib.
Qeyd edək ki, 31 yanvar 1971-ci ildə Ukraynanın Lvov vilayətində anadan olan Andriy Parubiy 54 yaşında idi.
O, 2016–2019-cu illərdə Ukrayna Ali Radasının sədri olaraq fəaliyyət göstərib.
2014-cü ilin mayından avqustunadək Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi olub və Euromaidan etirazlarında önəmli rol oynayıb.
Töhfə Səməd
tag: Ukrayna,Volodimir Zelenski,Lviv,Andriy Parubiy,Todaypress.tv,