Aİ-dən Çinə sərt tənqid: “Pekin Rusiyanın hərbi iqtisadiyyatını dəstəkləyir”

Dünya

08.07.2025 15:37

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Çin hökumətini Rusiya ilə əməkdaşlığı və Ukraynadakı münaqişə ilə bağlı mövqeyinə görə kəskin tənqid edib.

TodayPress TV xəbər verir ki, onun bu fikirləri Almaniyanın “N-tv” telekanalı tərəfindən yayımlanıb.

Fon der Lyayen bildirib ki, Çin Rusiyanın hərbi iqtisadiyyatını dəstəkləyir və Pekinlə Avropa İttifaqı arasındakı münasibətlər Ukraynadakı mövqedən asılı olacaq.

“Çinin Rusiyaya dönməz dəstəyi Avropada sabitliyi pozur və təhlükə yaradır. Çin faktiki olaraq Rusiyanın hərbi iqtisadiyyatına töhfə verir və biz bunu qəbul edə bilmərik”, – deyə o vurğulayıb.

Aİ rəhbəri həmçinin bildirib ki, Çin beynəlxalq hüquq nizamını dəstəklədiyini iddia edirsə, o zaman Rusiyanın Ukraynanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərini kobud şəkildə pozmasını açıq şəkildə pisləməli və uyğun şəkildə hərəkət etməlidir.

Qiymət Mahir

tag: Avropa , Ursula Fon der Lyayen,Çin ,Rusiya,Ukrayna,Todaypress.tv,