Aİ ABŞ tariflərinə cavab tədbirlərini avqusta qədər təxirə saldı
Dünya
14.07.2025 03:00
Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen bildirib ki, Avropa İttifaqı ABŞ mallarına qarşı nəzərdə tutulan cavab tariflərini avqustun əvvəlinə qədər təxirə salır.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar ticarət danışıqlarında razılıq əldə etmək məqsədilə verilib.
ABŞ Prezidenti Donald Tramp isə 1 avqustdan etibarən Aİ-dən idxala 30 faizlik yeni tarif tətbiq etməklə hədələyib.
Fon der Lyayen jurnalistlərə açıqlamasında bildirib ki, Aİ danışıqlarla yanaşı, əlavə cavab tədbirləri üçün hazırlıqları davam etdirəcək.
Apreldə ABŞ-nin polad və alüminium məhsullarına tətbiq etdiyi rüsumlara cavab olaraq hazırlanan ilk paket 90 gün müddətinə dondurulmuşdu. Bu müddət bazar ertəsi bitməli idi.
May ayından hazırlanmaqda olan ikinci paket isə ABŞ mallarına 72 milyard avro dəyərində tədbirlər nəzərdə tutur, lakin siyahı hələ açıqlanmayıb və üzv dövlətlərin təsdiqini gözləyir.
Fon der Lyayen əlavə edib ki, Aİ-nin iqtisadi təzyiqlərə qarşı nəzərdə tutulmuş müdafiə mexanizminin işə salınması hələ müzakirə olunmayıb. Bu alət fövqəladə hallarda üçün nəzərdə tutulur və hazırda tətbiqə hazır deyil.
Qiymət Mahir
tag: Avropa,Aİ,ABŞ,Ursula Fon der Lyayen,Todaypress.tv,